Məmmədyarov ilk oyunda uduzub

İdman

05.05.2022 - 23:38

Həkimlər Klinikalar SEO Xidməti

Şahmatçımız "Superbet Chess Classic" turnirində mübarizəyə başlayıb

Şahmatçımız Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində mübarizəyə başlayıb.

AYNA xəbər verir ki, şahmatçımız Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə keçirilən yarışın ilk turunda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 52-ci gedişdə təslim olub.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş