Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

Xəbərlər

13.01.2023 - 17:02

cedabet dərman SEO Xidməti

27-31 yanvarda məktəblərdə qış tətili olacaq

Ümumtəhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb.

AYNA APA-ya istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində 5 gün qış (27-31 yanvar) tətili müəyyən edilib.

Qeyd edirik ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş