Meksikada dəhşətli yanğın: miqrantlar külə dönüblər

Dünya

28.03.2023 - 13:18

Miqrasiya Mərkəzindəki yanğın zamanı 39 nəfər ölüb, 100-ə yaxın insan xəsarətlər alıb

Meksikada Miqrasiya Mərkəzində dəhşətli yanğın olub. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə Syudad-Huares şəhərində baş verib.

Bildirilir ki, yanğın nəticəsində azı 39 nəfər həlak olub. Ölənlərin əksəriyyəti mühacirlərdir. Onların yanğın nəticəsində külə döndükləri bildirilir.

Hadisə nəticəsində həmçinin 100-ə yaxın insanın müxtəlif dərəcəli xəsarətlər aldığı və ya tüstüdən zəhərləndiyi qeyd olunub.

Hadisənin ABŞ-la sərhəddəki Miqrasiya Mərkəzinə yerləşdirilən mühacirlər tərəfindən törədildiyi ehtimal olunur.

Müəllif: Ayna.az