Birinci vitse-prezident 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
AYNA-nın xəbərinə görə, paylaşımda deyilir: "Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq və tariximizin təhrif olunmasına heç vaxt imkan verməyəcəyik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!".