Məhkum qadınlarla görüş keçirilib

Xəbərlər

05.07.2022 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə 33 məhkum qadının müraciətləri dinlənilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında əməkdaşlıq çərçivəsində qadın məhkumların hüquqi maarifləndirilməsi istiqamətində keçirilən tədbirlərin davamı olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınların problemlərinin öyrənilməsi və həlli məqsədilə onlarla görüş keçirilib.

Dövlət Komitəsindən AYNA-ya verilən məlumata görə, görüşdə 33 məhkum qadının müraciətləri dinlənilib. Məhkumların aliment məsələləri, ailələrinin sosial müdafiəsi, övladlarının əlillik və sağlamlıq problemləri, həmçinin internat və uşaq evlərində təhsil alan övladlarının problemləri və digər vacib məsələlərlə bağlı ərizə və müraciətlərinə baxılıb.

Müraciət edən məhkum qadınların problemləri araşdırılaraq Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görüləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş