Məhkəmə Anar Əsədli barəsində qərar verib

Xəbərlər

27.04.2023 - 18:21

cedabet dərman SEO Xidməti

Partiya sədri barədə həbs qərarı qüvvədə saxlanılıb

Azərbaycan Yüksəliş Partiyasının dələduzluqda ittiham olunan sədri Anar Əsədli barəsindəki qərardan verilmiş şikayətə baxılıb.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasda şikayət əsassız sayılaraq rədd olunub.

Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay 23 günlük həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş