Medvedyevdən nüvə xəbərdarlığı: “Başqa çıxış yolu yoxdur”

Dünya

30.07.2023 - 14:12

cedabet dərman SEO Xidməti

“Rusiya ordusu Ukraynadakı mövcudluğu ilə dünyanı nüvə fəlakətindən xilas edir”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedev Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna görə yenidən nüvə silahı ilə bağlı təhdid xarakterli açıqlama verib.

AYNA-nın xəbərinə görə, Medvedyev “Telegram” kanalında yazıb ki, rusların Ukrayna və Qərbin kollektiv hücumunu “dəf etmək” səyləri “bütün ləyaqətli insanlara” aydındır: “Amma ən əsası, Rusiya ordusu Ukraynadakı mövcudluğu ilə dünyanı nüvə fəlakətindən xilas edir”.

“Axı biz təsəvvür etsək ki, NATO-nun dəstəyi ilə ukrayna terrorçularının hücumu uğurlu olub və onlar torpaqlarımızın bir hissəsini ələ keçiriblər, o zaman Prezidentin fərmanının qaydalarına uyğun olaraq nüvə silahından istifadə etməli olacağıq. Sadəcə olaraq başqa çıxış yolu olmayacaq. Ona görə də düşmənlərimiz əsgərlərimizə dua etməlidirlər. Onlar qlobal nüvə atəşinin alovlanmasına imkan vermirlər”, - Medvedev bildirib.

Xatırladaq ki, bir neçə dəfə Medvedyev dünyanı nüvə silahına əl atacaqları barədə təhdid edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş