Medvedyev: “Heç kim Ermənistan və Ukraynanı Avropa İttifaqında gözləmir”

Dünya

14.06.2024 - 13:07

Həkimlər Klinikalar SEO Xidməti

“Bu cür vədlər sadəcə olaraq neokolonial siçan tələsinin yemidir”

Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) dəvət etmək niyyətində deyil və Ukrayna da yaxın gələcəkdə Aİ üzvü olmayacaq. AYNA xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, ABŞ Ermənistanı Avroatlantik düşərgəyə “sürükləmək” üçün mühüm qüvvələr yerləşdirib.

Eyni zamanda Medvedev vurğulayıb ki, İrəvan özünü aldatmamalıdır: “Bu cür vədlər sadəcə olaraq neokolonial siçan tələsinin yemidir”.

“Heç kim “elita klubu”nun qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil. Ukraynadan soruşun ki, onlar Aİ-yə üzv ola biliblərmi? Xeyr və onlar bunu tezliklə buna nail ola bilməyəcəklər”, Medvedev vurğulayıb.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Avropa İttifaqı iyunun sonunadək Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara başlayacaq.

Müəllif: Ayna.az