Media orqanları rəhbərlərindən həbs olunan jurnalistlə bağlı daxili işlər nazirinə müraciət

Cəmiyyət

14.04.2022 - 17:24

cedabet dərman SEO Xidməti

"Zahir Əmənovu təcrübəli, alicənab jurnalist kimi tanıyırıq və onun pul tələb etməsinə inana bilmirik"

Azərbaycanın bir qrup media qurumu rəhbəri daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb. AYNA-nın xəbərinə görə, müraciətdə deyilir: 

Hörmətli cənab nazir,

Aprelin 13-də Masallı rayonunda “Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənov redaksiyanın ofisində saxlanılıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, Z.Əmənov Masallı rayonu Sığdaş kənd ərazi nümayəndəsi İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. Guya Əmənov onu gözdən salacaq materialın dərci ilə şantaj edib və həmin şəxsdən 1500 manat pul alarkən cinayət başında yaxalanıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.1 maddəsi üzrə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

Biz onilliklərdir ki, Z.Əmənovu Azərbaycanın aparıcı regional KİV-lərindən birinin rəhbəri, təcrübəli, alicənab jurnalist kimi tanıyırıq və onun pul tələb etməsinə inana bilmirik. Burada ən azı yanlışlıq olduğunu düşünürük. 

Eyni zamanda, Sizi əmin edirik ki, Z.Əmənovun azadlıqda qalması istintaqın ədalətli və maneəsiz aparılması üçün heç bir problem yaratmayacaq və buna zəmanət verməyə hazırıq. Baş redaktor barədə istintaq müddətinə qətimkan tədbiri seçilərkən müraciətimizin, Əmənovun regional jurnalistikanın inkişafında rolunun, habelə yaşını n nəzərə alınacağına ümid edirik".

Müraciətə “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” nəşrinin baş redaktoru Elçin Şıxlinski, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, "Pressklub TV" internet kanalının direktoru Qulu Məhərrəmli, "Xural" TV-nin rəhbəri Əvəz Zeynallı imza atıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş