Şirkətin Rusiyadakı biznesini iş adamı Aleksandr Qovor alır
"McDonald's" Rusiyadakı biznesi üçün müştəri tapıb. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, Novokuznetskdən olan biznesmen, "QiD" şirkətinin sahibi Aleksandr Qovor "McDonald's"ın Rusiyadakı biznesini almaq qərarına gəlib. Alqı-satqıdan sonra bütün şirkətin bütün satış məntəqələrinin markası dəyişdiriləcək.
Qeyd olunub ki, Qovor korporasiyanın bu vaxtadək "McDonald's"ın Rusiyadakı lisenziyasının sahibidir və Sibirdə 25 "McDonald's" restoranını idarə edir.
Alqı-satqının məbləği açıqlanmır.
“Sövdələşmənin bir hissəsi olaraq, Qovor "McDonald's" restoranlarının bütün portfelini alacaq və onları yeni brend altında işlədəcək", - deyə məlumatda qeyd olunub.
"McDonald's"ın məlumatına görə, müqavilə iki il ərzində şirkətin Rusiyadakı bütün hazırkı işçilərinin ekvivalent şərtlərlə iş yerlərində saxlamasını nəzərdə tutur.
Qeyd edək ki, korporasiyanın nəhayət Rusiyanı tərk etmək qərarına gəlməsi martın 16-da məlum olub. Restoranlar bağlandıqdan iki ay sonra "McDonald's" şəbəkəsi bütün restoranlarını satmaq qərarına gəlib. O, işçilərin maaşlarını ödəməyə davam edib və restoranları saxlayıb.
Bununla da "McDonald's"ın Rusiyada 32 illik mövcudluğuna son qoyulmuş olacaq.