Masallıda su basmış ərazidə köməksiz qalan şəxs xilas edilib

Hadisə

20.03.2022 - 17:04

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaş xilasetmə qayığı ilə təhlükəsiz əraziyə təxliyə edilərək xilas olunub

Yağan intensiv yağışlar nəticəsində Masallı rayonu, Sərçuvar kəndində ferma ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

FHN Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yağan güclü yağışla əlaqədar ətraf ərazinin su basması səbəbindən vətəndaşın fermada köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə vətəndaş xilasetmə qayığı ilə təhlükəsiz əraziyə təxliyə edilərək xilas olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş