Masallıda qoyunlar oğurlanıb

Hadisə

08.06.2023 - 23:51

Xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Masallıda xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon Qızılağac kəndi ərazisindən kənd sakinlərindən birinə məxsus olan 4 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini O.Məmmədov müəyyən edilərək saxlanılıb və oğurlanan heyvanlar aşkarlanaraq sahibinə qaytarılıb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az