Külli miqdarda psixotrop maddə aşkarlanıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Daxili İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Həsənli kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Abıyev saxlanılıb.
Keçirilən baxış zamanı onun üzərindən hazır bükümlərdə qablaşdırılmış külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.