Marketdən oğurluq edən sevgililər saxlanılıb

Xəbərlər

25.05.2022 - 15:13

Həkimlər Klinikalar SEO Xidməti

Oğurluğu Ağca Bayramova və İlkin Əliyevin törətdiyi müəyyən edilib

Yevlax rayonunda marketdən oğurluq etməkdə şübhəli bilinən sevgililər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, əvvəllər də oğurluq əməlinə görə təqsirləndirilmiş Ağca Bayramova və İlkin Əliyev müəyyən ediliblər. 

Onlar qabaqcadan əlbir olaraq rayonun Xaldan kəndi ərazisindəki marketin damından qeyri-qanuna yolla içəri daxil olaraq tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Araşdırmalarla onların zərərçəkmiş şəxsə 5550 manatdan çox ziyan vurduqları aşkar olunub. 

Oxu.az-ın əldə etdiyi məlumata görə, 18 yaşlı Ağca Bayramova və 24 yaşlı İlkin Əliyev sevgilidirlər. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş