Şəhər 27 gündür mühasirədə olduğunu qeyd olunub
Martın 27-nə olan məlumata görə, Mariupolda 210-u uşaq olmaqla 5 minə yaxın insan həlak olub.
AYNA unian.net-ə istinadən xəbər verir ki, müvafiq məlumatları jurnalistlərə şəhərin meri Vadim Boyçenko verib.
Onun sözlərinə görə, martın 27-nə olan məlumata görə, şəhər 27 gündür mühasirədədir.
"Hazırda 170 minə yaxın vətəndaş mühasirədədir, 30 min nəfər deportasiya edilib", - mer əlavə edib.