Mariupol şəhərində şiddətli döyüşlər gedir

Dünya

25.02.2022 - 14:17

Həkimlər Klinikalar SEO Xidməti

Şəhər meri: "Bu gün biz təkcə öz torpağımızı deyil, həm də Avropanı müdafiə edirik"

Ukraynanın Mariupol şəhərində şiddətli döyüşlər gedir. AYNA "İnterfaks-Ukrayna"ya istinadən bildirir ki, bu barədə şəhərin meri Vadim Boyçenko deyib. 

Onun sözlərinə görə, şəhərdə bütün istiqamətlərdə döyüşlər davam edir: "Bütün istiqamətlərdə şiddətli döyüşlər gedir. Rusiyanın hərbçiləri sərhədlərimizi Belarus hüdudlarından yararaq keçirlər. Bu gün biz təkcə öz torpağımızı deyil, həm də Avropanı müdafiə edirik". 

"Biz başa düşməliyik ki, Rusiya Ordusu ən böyük ordudur. Biz dünyada ikinci ən böyük ordu ilə üz-üzəyik", - mer vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş