Stansiyada nüvə fəlakətinin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasına beş təklif irəli sürülüb
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Ukrayna ordusunun elan etdiyi əks-hücum əməliyyatı ərəfəsində Zaporojye Atom Elektrik Stansiyasının (AES) təhlükəsizliyini təmin etmək üçün yeni sazişin hazırlanmasına başlayıb. AYNA xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Nəşrin məlumatına görə, Qrossi elektrik stansiyasında nüvə fəlakətinin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasına beş təklif irəli sürüb.
MAQATE rəhbəri AES-də münaqişə tərəflərindən hər hansı birinin ağır hərbi texnikası və hərbi heyətinin yerləşdirilməsinin qadağan edilməsini, ərazidən və elektrik stansiyasına doğru atəş açılmasının qadağan edilməsini, habelə hərbi qüvvələrin təhlükəsizliyinin təmin edilməsini təklif edib.
Qrossi daha əvvəl AES ərazisindəki çətin vəziyyətdən danışaraq, bunu gözlənilməz və potensial təhlükəli adlandırıb. O, həmçinin stansiyanın nüvə təhlükəsizliyinə təhdidlərdən narahatlığını bildirib.