Fransanın müxtəlif şəhərlərində sanitar buraxılış rejiminə qarşı aksiyalar keçirilib
Fransanın müxtəlif şəhərlərində sanitar buraxılış rejiminə qarşı həftə sonu çoxsaylı etiraza aksiyaları keçirilib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, Parisdə baş tutan etiraz aksiyasına Co Bayden və Emanuel Makronun karikaturalarını gətiriblər.
Polis dərhal hadisəyə müdaxilə edib və Fransa prezidentinin karikaturasını daşıyan avtomobilin sürücüsünü və sərnişini saxlayıb. Onların ifadəsi alındıqdan sonra barələrində həbs qətimkan tədbiri seçilib. Saxlanan şəxslərə qarşı təhqir ittihamı irəli sürülüb. Məhkəmə iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.