Makrondan sərt açıqlama

Dünya

25.01.2020 - 21:57

Həkimlər Klinikalar SEO Xidməti

Makron Fransanın avtoritar rejimə çevrilməsi ilə bağlı ittihamlara cavab verib

 

Fransa Prezidenti Emmanuel Makron İsrail səfərindən qayıdar-qayıtmaz yerli mətbuata açıqlama verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Makron son aylar Fransada baş verən etirazlara münasibət bildirib.

 

Ölkədə şiddətin böyüdüyü və qəzəbin artdığı zaman dövlətin hədəfə alındığını ifadə edən Makron zorakılığa əl atanlara və bunu dəstəkləyənlərə xəbərdarlıq edib: “Onlar demokratik bir dövlətdə yaşadığımızı unudurlar”.

 

Makron ölkənin diktator rejiminə çevrilməsi ilə bağlı ittihamlara da aydınlıq gətirib: “Cəmiyyətdə Fransa demokratiyasına yönəlmiş ittihamlar bərqərar olub. Lakin diktatura bir şəxsin və ya bir qrupun qanunlar qəbul etdiyi bir rejimdir. Əgər Fransanı da belə görürsüzə, gedin gerçək diktatura rejimində yaşayın və fərqi görün”.

 

Makron onu da əlavə edib ki, bu ittihamlara susanlar və heç bir reaksiya göstərməyənlər Fransa respublikası və demokratiyasının zəifləməsi nəticəsində günahkar sayılacaqlar.

 

Qeyd edək ki, bir müddət əvvəl fransalı siyasətçi Segolene Royal mətbuata verdiyi açıqlamada, Fransanın “avtoritar rejimə” çevrildiyini və iqtidarın xalqı dinləmədiyini bildirmişdi. 

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş