Macarıstan Avropa İttifaqını hədələyir

Dünya

06.12.2024 - 16:44

Həkimlər Klinikalar SEO Xidməti

“2025-2026-cı illərdə almadığımız pulu 2027-2028-ci illərdə almalı olacağıq”

Macarıstan əmindir ki, büdcədən və Avropa İttifaqının (Aİ) vəsaitlərindən bloklanmış bütün vəsaitləri geri qaytara biləcək. Əks halda, o, növbəti yeddi illik icma büdcəsinə veto qoymaq niyyətindədir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban deyib.

Orban xatırladıb ki, hazırda Brüsseldə macar hesablarında 12,5 milyard avro dondurulub və bu vəsait Macarıstan iqtisadiyyatına cəlb oluna bilər.

“Bu 12,5 milyard avro 2026-cı ilin sonuna qədər Macarıstan iqtisadiyyatının tələbatını ödəyir. Daha çox pula haqqımız var. Buna əlavə olaraq, 2026-cı ildən sonra bu artıq problem olacaq. Fikrimcə, biz əlbəttə, onları da alacağıq. Çünki 2027-ci ildən sonra yeddi illik büdcə ilə bağlı danışıqlara başlanılıb. Qəbul etmək üçün yekdillik lazımdır. Əminliklə deyə bilərəm ki, 2025-2026-cı illərdə almadığımız pulu 2027-2028-ci illərdə almalı olacağıq. Əks halda, büdcə olmayacaq, təsdiq etməyəcəyik”, - Orban bildirib.

Müəllif: Ayna.az