“Putin və Zelenski “mən qazanıram, mən qazanıram” mərhələsindədirlər”
Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli indi mümkün deyil. AYNA “Reuters”ə istinadən bildirir ki, bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.
Braziliya lideri qeyd edib ki, sülh üçün tərəflər danışıqlara hazır deyil: “Hazırda onlar, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski “mən qazanıram, mən qazanıram” mərhələsindədirlər. Fakt isə odur ki, hazırda Ukrayna və Rusiya qoşunları itkilər verir”.
Qeyd edək ki, bundan əvvəl Da Silva Rusiya və Ukraynanı ortaq məxrəc tapmağa çağırış etmişdi.