Lukaşenko: “Paşinyan günahkar deyil, bütün problemlər ona miras qalıb”

Aktual

15.12.2023 - 16:49

“Məsələnin o vaxt mümkün olan şəkildə həllini təklif etdim, amma onlar razı olmadılar”

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışıb. AYNA Belarus mediasına istinadən məlumatına görə, Lukaşenko MDB üzvü olan ölkələrin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşündə deyib ki, tərəflər onlara deyilənlərə vaxtında qulaq assaydı, bu münaqişə kontekstində son qanlı hadisələr baş verməzdi.

“O vaxt deyilənlərə qulaq assaydılar, Ermənistan və Azərbaycan arasında müharibə baş verməzdi. Düşünürəm ki, bunda Paşinyanın günahı yoxdur. Bütün problemlər ona əvvəlki hakimiyyət tərəfindən miras qalıb. Mən o vaxt Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın sabiq Prezidenti Serj Sarkisyan arasında vasitəçilik etdim və ictimaiyyət qarşısında məsələnin o vaxt mümkün olan şəkildə həllini təklif etdim, amma onlar razı olmadılar”, - Lukaşenko vurğulayıb.

Belarus lideri sual edib: “Bu müddətdə Ermənistanın vəziyyəti yaxşılaşdı? Təbii ki, yox. Bu, Azərbaycan üçün də asan deyil”.

Müəllif: Ayna.az