Rusiya və Belarus lideri Qərblə sanksiya qarşıdurmasını müzakirə edəcəklər
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.
AYNA-nın xəbərinə görə, bu barədə Belarus mediası məlumat yayıb.
"Lukaşenko Putinlə danışıqlar üçün Moskvaya uçdu", - deyə "Telegram" kanallarında məlumat yerləşdirilib.
Qeyd edək ki, Kreml fevralın 18-də Moskvada Rusiya və Belarus prezidentləri arasında görüşün keçiriləcəyini elan etmişdi.
Belarusun xarici işlər naziri Vladimir Makein isə açıqlamasında qeyd edib ki, dövlət liderləri təhlükəsizlik vəziyyətini, Qərblə sanksiya qarşıdurmasını müzakirə edəcəklər.