Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 kilometrqeydə alınıb
Lökbatan palçıq vulkanında püskürmə qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, Mərkəzin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi tərəfindən 09 aprel 2025-ci il tarixində, yerli vaxtla saat 04:04-də Lökbatan palçıq vulkanının növbəti püskürməsini qeydə alıb.
Bildirilib ki, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada qeydə alınıb. Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb.
Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 kilometrqeydə alınıb.