Xanım siyasətçi kraliça ilə görüşdən sonra rəsmən Baş nazir olub
Liz Truss rəsmi olaraq Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.
AYNA xarici mediaya istinadən bildirir ki, xanım Truss bu gün kraliça ilə görüşmək üçün Balmoral qəsrinə gedib.
Kraliçanın yeni hökumətin qurulması ilə bağlı rəsmi müraciətindən sonra xanım siyasətçi Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, dünən seçki yolu ilə hakim Mühafizəkarlar Partiyasının başına keçən xarici işlər naziri Liz Truss istefa vermiş sabiq Baş nazir Boris Consonun səlahiyyətlərinə sahib olub.
Xatırladaq ki, Truss kraliçanın hakimiyyəti dövründə 15-ci Baş nazirdir. Onun dövründə birinci Baş nazir Uinston Çörçill olub.