Liftdə qalanlar xilas ediliblər

Xəbərlər

22.04.2024 - 12:04

Xilasedicilər köməksiz vəziyyətdə qalan beşi azyaşlı olmaqla yeddi nəfəri xilas ediblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunun Məhəmməd Hadi və Sabit Orucov küçələrində, habelə Nizami rayonunun Elşən Süleymanov küçəsindəki hündürmərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, dərhal FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən yaşayış binalarındakı liftlər dayanıb və vətəndaşlar liftlərdə köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beşi azyaşlı olmaqla yeddi sakini xilas ediblər.

Müəllif: Ayna.az