Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə

24.02.2024 - 00:41

Hadisəni törədən sürücü ərazidən yayınıb

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Şağlaser kəndində baş verib.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi naməlum avtomobil vuraraq xəsarət yetirib. Hadisədən xəbər tutan kənd sakinləri təcili yardıma zəng vurublar. Lakin yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törədən sürücü ərazidən yayınıb. Lakin keçirilən tədbirlər zamanı onun kimliyi müəyyən olunub.

Fakt araşdırılır.

Müəllif: Ayna.az