"Tərəflər razılaşmaların icrasının gedişatı və perspektivlərini ətraflı müzakirə ediblər"
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan telefonla danışıblar.
AYNA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.
"Tərəflər razılaşmaların icrasının gedişatı və perspektivlərini ətraflı müzakirə edib və yaxın gələcəkdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər", - məlumatda qeyd edilib.