"Moskva ukraynalı həmkarlarımızın irəli sürdüyü təkliflər əsasında işləməyə hazırdır"
"Ukrayna Rusiya ilə danışıqları bərpa etmək istəmir". AYNA "Lenta.ru" saytına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Ukrayna danışıqlar aparmaq istəmir, bundan imtina edib. Bununla da, Rusiyanın Kiyevin Qərb dünyasının iradəsini yerinə yetirdiyinə inanmaq üçün bütün əsasları var", - nazir deyib.
Lavrov daha sonra əlavə edib: "Moskva ukraynalı həmkarlarımızın irəli sürdüyü təkliflər əsasında işləməyə hazırdır. İndiyədək həmin təkliflər əsasında yazılmış müqavilə layihəsi təxminən bir ay yarımdır ki, Ukrayna tərəfində hərəkətsiz qalıb”.