Lavrov Nyu-Yorkdadır

Dünya

24.04.2023 - 14:21

cedabet dərman SEO Xidməti

Rusiyanın XİN başçısı BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24-də onun BMT Təhlükəsizlik Şurasının iclasının keçiriləcəyi Nyu-Yorka gedib. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.

Qeyd edək ki, aprelin 20-də Lavrov Latın Amerikası turnesini başa vurub. Səfər zamanı o, Braziliya, Venesuela, Nikaraqua və Kubada olub. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın verdiyi məlumata görə, bazar ertəsi, aprelin 24-də Lavrov Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcək.

Bundan əvvəl Sergey Lavrov ABŞ vizalarının verilməməsini “axmaqlıq” adlandırmışdı. Nazirin sözlərinə görə, Birləşmiş Ştatlar onların söz azadlığının və informasiya əldə edilməsinin qorunması ilə bağlı bəyanatlarının nə qədər qiymətli olduğunu göstərib: “Rusiya bunları unutmayacaq və bağışlamayacaq”.

Aprelin 19-da Lavrov Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka gedən Rusiya nümayəndə heyətinin bütün üzvlərinə ABŞ-ın viza vermədiyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş