Lavrov “iPhone”dan imtina edib

Dünya

06.12.2023 - 14:52

Rusiyanın XİN başçısı telefonunu başqa istehsalçının smartfonu ilə əvəzləyib

Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrov “iPhone”u başqa smartfona dəyişib. AYNA xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

Qeyd olunub ki, Lavrov çoxdan “Apple” istehsalı olan telefonundan imtina edib, onu başqa istehsalçının cihazı ilə əvəz edib.

Bundan əvvəl rus “Telegram” kanalları Lavrovun cibindən “Huawei P60 Pro” smartfonunu çıxardığı iddia edilən videogörüntü yayıb.

Qeyd edək ki, Rusiyanın bir sıra təşkilat və idarələri daha əvvəl “iPhone”ların iş məqsədləri üçün istifadəsinə qadağa qoyub. Xüsusilə, Sənaye və Ticarət Nazirliyi, Nəqliyyat Nazirliyi və Mərkəzi Seçki Komissiyası öz işçilərinə “iPhone”dan istifadəni qadağan edibş

Müəllif: Ayna.az