“Kiyev terrorçuları bunu sahiblərinin xəbəri olmadan törədə bilməzdilər”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 3-də dronlarla Kremlə edilən hücumları pisləyib. AYNA TASS-a istinadən bildirir ki, Lavrov Rusiyanın səbrli davrandığını söyləyib.
“Moskvanın səbri çoxdur. Bu, düşmənçilik aktı idi. Aydındır ki, Kiyev terrorçuları bunu sahiblərinin xəbəri olmadan törədə bilməzdilər”, - deyə baş diplomat vurğulayıb.