Tərəflər Qəzza zolağında davam edən silahlı qarşıdurmadan narahat olduqlarını bildiriblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Abdullahianla telefonla Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə edib. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Söhbət zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətə yönəldilib”, - deyə məlumatda bildirilib.
Tərəflər Qəzza zolağında davam edən silahlı qarşıdurmadan narahat olduqlarını bildiriblər.