"Bu ölkə Suriyadakı Bəşər Əsəd rejiminə ən çox silah tədarük edən ölkədir”
Latviya Seymi Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb. AYNA xarici mediaya istinadən bildirir ki, Seymin bəyanatına görə, Rusiya uzun illər ərzində müxtəlif yollarla terrorçu rejimləri və təşkilatları dəstəkləyib və maliyyələşdirib.
“Xüsusilə, bu ölkə Suriyadakı Bəşər Əsəd rejiminə ən çox silah tədarük edən ölkədir”, – bəyanatda vurğulanıb.
Latviya həmçinin Avropa İttifaqı ölkələrini Rusiya və Belarus vətəndaşlarına turist və giriş vizalarının verilməsini dərhal dayandırmağa çağırıb.