Latviya Prezidenti Azərbaycana gəlib: Egils Levitsin rəsmi qarşılanma mərasimi olub

Xəbərlər

08.03.2023 - 14:43

cedabet dərman SEO Xidməti

Azərbaycan Prezidenti Latviya Prezidenti ilə görüşlər keçirib

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub.

AYNA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.

Prezident Egils Levits Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub.

Daha sonra Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Latviya Prezidenti Azərbaycana gəlib: Egils Levitsin rəsmi qarşılanma mərasimi olub Latviya Prezidenti Azərbaycana gəlib: Egils Levitsin rəsmi qarşılanma mərasimi olub Latviya Prezidenti Azərbaycana gəlib: Egils Levitsin rəsmi qarşılanma mərasimi olub
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş