Laçında yenidənqurma işləri davam edir

Xəbərlər

30.06.2023 - 15:47

cedabet dərman SEO Xidməti

Ucqar kəndlərdə elektrik şəbəkəsi tamamilə yenilənir

Laçın şəhərində məskunlaşan vətəndaşlarımız fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təmin edilir. Laçının mərkəzində yerləşən evlər, dövlət əhəmiyyətli obyektlərə yeni yeraltı 0,4 kv-luq xətlər çəkilib. Həmçinin Laçın rayonu ərazisində olan bütün 35 və 0,4 kv-luq xətlər də yeraltı xətlərlə əvəz olunur. AYNA xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Qeyd olunub ki, ümumilikdə, rayon mərkəzi ilə yanaşı, ən ucqar kəndlərdə belə elektrik şəbəkəsi tamamilə yenilənir. Hazırda Minkənd, "6-cı rayon" adlanan ərazi və Ağbulaq istiqamətində 40 km uzunluğunda yeni elektrik xəttinin çəkilişi işləri davam etdirilir. Şəlvə dərəsi və Kilsəlidağ istiqamətində xətlər çəkilib.

110/35/10 kv-luq Laçın Yarımstansiyasından 35 kv-luq yeraltı dairəvi xətt çəkilir ki, bunun sayəsində Laçının istənilən ərazisinə elektrik enerjisi vermək mümkün olacaq. Həmçinin, Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması üzrə işlər davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş