Laçında 2 nəfər minaya düşərək xəsarət alıb

Xəbərlər

21.10.2022 - 20:31

cedabet dərman SEO Xidməti

ANAMA: "Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır"

Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə 2 nəfər piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.

Bu barədə AYNA-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş