Laçın-Şuşa yolunda aksiya davam edir: etirazçılar Volkovu tələb edirlər – CANLI YAYIM

Xəbərlər

12.12.2022 - 14:50

cedabet dərman SEO Xidməti

Sülhməramlilar etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə və texnika cəlb edib

Qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası davam edir. AYNA xəbər verir ki, onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər.

Ekofəallar çadırlar qurublar və onları təbii ehtiyatların qanunsuz istismarının və talan edilməsinin fəallaşması, o cümlədən ekoloji nəticələrin pisləşməsi müşahidə edilən Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxmayınca oradan getmək fikrində deyillər.

Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımi tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı, general Andrey Volkovla görüş tələb olunur.

Volkov isə etirazçılarla görüşə gəlməyib, əvəzində Rusiya sülhməramlıları Şuşada etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə və texnika cəlb edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş