Kürün Şirvan məntəqəsində suyun səviyyəsi artıb

Xəbərlər

07.12.2022 - 12:13

Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb

Dekabrın 7-də Lənkəran-Astara bölgəsindən axan Viləşçayın Şıxlar məntəqəsində suyun səviyyəsi dəyişməyib. Lənkərançayın Sifidor məntəqəsində 4 , Təngərüdçayın Vaqo, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad məntəqələrində 1, Zəyəmçayın Ağbaşlar məntəqəsində 2 santimetr azalma qeydə alınıb. Kürəkçayın Toğana və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Məntəqədə su sərfi 170 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 108 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 11 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi dəyişməyib. Məntəqədə su sərfi saniyədə 28,7 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 37 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 41 faiz azdır.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi 126 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 26 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 94 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr artaraq 151 santimetr təşkil edib, Bankə məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 109 santimetr olub.

Müəllif: Ayna.az