Kursantlar sədaqət andı içdilər

Xəbərlər

11.09.2022 - 12:58

Həkimlər Klinikalar SEO Xidməti

Heydər Əliyev adına Hərbi İnstitutda yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib

Sentyabrın 11-də Heydər Əliyev adına Hərbi İnstitutda yeni qəbul olan kursantların təntənəli andiçmə mərasim keçirilib.

AYNA xəbər verir ki, mərasimdə hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə hərbi orkestrin müşayiəti ilə hərbi institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.

İnstitutun rektoru general-mayor Füzuli Salahov təntənəli mərasimdə çıxış edərək əlamətdar gün münasibətilə kursantları təbrik edib, onlara hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş