Kürdəmirdə kişini qatar vurub

Xəbərlər

17.02.2022 - 14:25

Həkimlər Klinikalar SEO Xidməti

Yaralının vəziyyəti ağırdır

Kürdəmirdə dəmir yolundan keçmək istəyən piyadanı qatar vurub. AYNA xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Kənd sakini, 44 yaşlı Azər Afin oğlu Babaşov dəmir yolundan keçmək istəyərkən onu qatar vurub.

Ağır xəsarət alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti ağır olduğundan həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş