Kürdəmirdə 51 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Xəbərlər

27.01.2022 - 23:17

Həkimlər Klinikalar SEO Xidməti

Meyit müayinə olunması üçün ekspertizaya göndərilib

Kürdəmirdə dəm qazından zəhərlənmə hadisəsi baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Atatürk küçəsində qeydə alınıb.

Belə ki, 2 uşaq anası, 51 yaşlı rayon sakini İbrahimova Pakizə Bəhlul qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş