Kürdə batan şəxsin meyiti tapılıb

Xəbərlər

04.02.2023 - 16:54

Meyit tibbi ekspertizaya aparılıb

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. AYNA-nın məlumatına görə, ötən ilin dekabr ayında Kür çayında batan rayon sakini, 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədovun meyiti çayın Şəmkir rayon ərazisindən keçən hissəsində aşkarlanıb.

Meyit tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə 2022-ci il dekabrın 24-də Kür çayının Tovuz rayonunun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb. İlkin ehtimala görə, E.Məmmədov çayda balıq tutan zaman batıb.

Müəllif: Ayna.az