Külli miqdarda yararsız kolbasa və sosis məmulatları aşkarlanıb

Xəbərlər

03.05.2022 - 18:07

Həkimlər Klinikalar SEO Xidməti

Məhsul tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib

Azərbaycanda külli miqdarda istehlaka yararsız kolbasa və sosis məmulatları məhv edilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, fiziki şəxs Cəfərov Səxavət Ərəstun oğlunun agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 3 750 kiloqram kolbasa və sosis məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş