Lavrov: “Biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərmək niyyəti hələ də qüvvədə qalır. AYNA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq”, - nazir bildirib.
Lavrov əlavə edib ki, Avropa İttifaqının Azərbaycan və Ermənistan sərhədindəki missiyası Bakının razılığı olmadığı səbəbindəın qeyri-məhsuldar ola bilər.