ABŞ-ın kəşfiyyat təyyarəsi Krım yaxınlığında görünüb

Dünya

07.12.2021 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

"Bombardier Challenger 605" təyyarəsi Qara dəniz üzərində kəşfiyyat aparıb

ABŞ Ordusunun elektron kəşfiyyat təyyarəsi Qara dənizin Krım sahillərində görüntülənib. AYNA xəbər verir ki, bu barədə “Twitter”də “PlaneRadar” monitorinq resursu məlumat yayıb.

Məlumata görə, söhbət nömrəsi N488CR, BRIO68 "Bombardier Challenger 605" təyyarəsindən gedir. Qeyd edilir ki, təyyarə  Rumıniyanın Konstansa şəhərinin Mixail Koqalniçeanu adına hava limanından havaya qalxıb. Kəşfiyyat təyyarəsi bu gün səhər saatlarında Krım yarımadası yaxınlığında görüntülənib.

Qeyd edək ki, dekabrın 3-də ABŞ-ın kəşfiyyat təyyarələrinin Rusiya sərhədlərini pozmasının qarşısını almaq üçün Rusiyanın Su-27 və Su-30 qırıcılarının Qara dəniz üzərində uçuşlar həyata keçirdiyi barədə məlumat yayılıb. Daha sonra hava məkanına nəzarət vasitələri aşkar ediblər ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 Amerika strateji kəşfiyyat təyyarəsi və CL-600 Artemis kəşfiyyat və hədəf təyyarəsi Rusiya sərhədinə yaxınlaşır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş