Kreml Ukraynadakı separatçıları tanıyacaq?

Dünya

20.01.2022 - 14:19

Peskov: "Kreml kommunistlərin müraciətini Dövlət Duması dəyərləndirənə qədər şərh etməyəcək"

Kreml Rusiyanın Kommunist Partiyasının özünü elan etmiş "Donetsk Xalq Respublikası"nın və "Luqansk Xalq Respublikası"nın tanınması ilə bağlı təklifini Dövlət Dumasının sənədə baxmasından əvvəl şərh etməyi mümkün hesab etmir. 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əgər mən düzgün başa düşürəmsə, Dumada səsvermə keçirilməlidir və bu müraciət ya qəbul olunacaq, ya da olunmayacaq. Bu təşəbbüs parlament xarakteri daşıyır, müəyyən prosedur var və o, başa çatana qədər heç nə demək mümkün deyil”, - Peskov bildirib.

Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski kommunistlərin təklifinin tələsik olduğunu bildirib. 

Müəllif: Ayna.az