Peskov: “Biz bilirik ki, çox vaxt hətta hədəfləri də Kiyev yox, Vaşinqton müəyyən edir”
Rusiya Kremlə dron hücumuna görə, ABŞ-ı ittiham edib. AYNA xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, həm Kiyevin, həm də Vaşinqtonun bunu inkar etmək cəhdləri gülüncdür.
“Biz çox yaxşı bilirik ki, bu cür aksiyalar və terror aktları ilə bağlı qərar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev ona deyiləni icra edir. Biz bilirik ki, çox vaxt hətta hədəfləri də Kiyev yox, Vaşinqton müəyyən edir”, - deyə Peskov bildirib.
Qeyd edək ki, əvvəlcə Rusiya hökuməti hücumda Ukraynanı ittiham edirdi. ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi öz növbəsində rəsmi Moskvanın ittihamlarını təkzib edib. Amerikanın Müharibə Tədqiqatları İnstitutu isə hesab edir ki, Kremlə hücum cəhdi səhnələşdirilib.