Kreml: BMT Təhlükəsizlik Şurasında Rusiyaya qarşı qarşıdurma mühiti hökm sürür

Dünya

01.07.2024 - 15:57

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: “Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəliyini qarşıda həqiqətən böyük bir iş gözləyir”

“BMT Təhlükəsizlik Şurasında Rusiyaya qarşı qarşıdurma mühiti hökm sürür”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəliyini qarşıda həqiqətən böyük bir iş gözləyir.  Bununla belə, digər ölkələrin yaratdığı qarşıdurma mühitinə görə təşkilatı bir ay ərzində obyektivliyin əsas axınına gətirmək çətin olacaq”, mətbuat katibi qeyd edib.

O, əlavə edib ki, Rusiya “hər zaman bütün öhdəliklərinə sadiqdir, məsuliyyətli mövqe tutur və digər dövlətləri də buna çağırır”.

İyulun 1-də Rusiya bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının sədri olub. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya agentliyə bildirib ki, Rusiya Federasiyasının sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb. Onlardan biri iyulun 16-da keçirilməsi planlaşdırılan daha ədalətli və dayanıqlı dünya nizamının qurulması üçün çoxtərəfli əməkdaşlığa dair debatdır.

Müəllif: Ayna.az

Marqara

Dünən, 22:18 Xəbərlər