AŞPA Siyasi Komitəsi Kosovonun Avropa Şurasına üzvlüyünü təsdiqləyib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Komitəsi qismən tanınan Kosovo Respublikasının quruma üzvlüyünü təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə AŞPA-nın “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
“Parisdə keçirilən Siyasi Məsələlər Komitəsinin iclası Kosovonun Avropa Şurasına üzv olmağa dəvət edilməsini tövsiyə edib", - məlumatda qeyd edilib.